Ermənistanın Baş naziri Nikol Paşinyanın hakimiyyətdən uzaqlaşdırılması Qərb üçün əsas məsələlərdən birinə çevrilib və onun yerinə namizəd axtarılır.
BUTA.TV Report-a istinadən xəbər verir ki, bunu Ermənistanın “Past” qəzeti yazıb.
Nəşrin məlumatına görə, Ermənistan-Azərbaycan mümkün razılaşması ilə maraqlanan mərkəzlər, xüsusilə Qərb ölkələri sülh müqaviləsi imzalanandan sonra N.Paşinyanın hakimiyyətdə qalmasının ciddi problem olacağını anlayır.
“Qərb başa düşür ki, sülh müqaviləsi imzalanandan sonra Paşinyanın hakimiyyətdə qalması məqsədəuyğun deyil. Ona görə onlar “B planı” üzərində çalışırlar. Artıq hakimiyyətə gətirilmək üçün Qərbə meyilli bir neçə mümkün namizəd müzakirə olunur. Yeri gəlmişkən, namizədlər arasında həm Paşinyan komandasının bəzi nümayəndələrinin, həm də hazırda Ermənistanın daxili siyasi həyatında fəal olmayan fiqurların olduğu barədə məlumatlar var”, - məqalədə vurğulanıb.
Nəşr həmçinin bildirib ki, Moskvada da bu barədə müzakirələr gedir.
- Bu “Azərsun”un inkişafının əsas hərəkətverici qüvvəsi olacaq
- Şıx çimərliyində dənizə nə tökülür? - Video
- Ermənistana 30 vaqon propan qazı göndərilir
- Şuşada mühüm konfrans keçirildi
- Xameneini biz öldürdük - Katz
- "Azercell" yeni nəsil “Alfa Plan” tariflərini təqdim edir
- İlk elektrikləşdirilmiş dəmir yolu xətti: 100 il ötdü - Video
- Müəllimi şantaj üçün açıq-saçıq fotolarını direktora göstərib...