1970-ci ildən 2021-ci ilə qədər təbii fəlakətlər (hava və iqlimlə bağlı kataklizmlər) iki milyon insanın ölümünə səbəb olub. Bu müddət ərzində 11,7 min təbii fəlakət baş verib ki, bu da 4,3 trilyon dollar məbləğində ziyan vurub.
BUTA.TV xəbər verir ki, bu barədə BMT-nin Ümumdünya Meteorologiya Xidməti məlumat yayıb.
“Hər on ildən bir təbii fəlakətlər nəticəsində orta illik ölüm nisbəti azalır, iqtisadi itkilər isə, əksinə, artır - onların əksəriyyəti fırtınaların nəticələri ilə bağlıdır. Təbii fəlakətlər nəticəsində ölümlərin əksəriyyəti Asiyada baş verir, 47% ölümə səbəb əsasən tropik siklonlardır. 2008-ci ildə Narnis siklonu 138 min insanın həyatına son qoyub. Banqladeşdə təbii fəlakətlər nəticəsində insanların çoxu ölür: orada 281 kataklizm 520 min insanın ölümünə səbəb olub.
Təbii fəlakətlər nəticəsində qeydə alınan ölüm hallarının 90%-dən çoxu inkişaf etməkdə olan ölkələrdə baş verib. Eyni zamanda, fəlakətlər nəticəsində iqtisadi itkilərin 60%-i iqtisadiyyatı inkişaf etmiş ölkələrdə qeydə alınıb. Təkcə ABŞ-da təbii fəlakətlər 1,7 trilyon dollar ziyan vurub ki, bu da son 51 ildə qlobal iqtisadi itkilərin 39%-ni təşkil edir”, - məlumatda deyilir.
- Ermənilərin işgəncə vermələrini əks etdirən kadrlar göstərildi
- "AccessBank"ın xalis mənfəəti 7 milyon manat azaldı
- Xəzər dənizi barədə son açıqlama: Quruyacaqmı?
- "Aqro Point"in nizamnamə kapitalı yenə azaldı
- Ələsgər Ələsgərov nazir müavini təyin olundu
- Bakı və İrəvanın danışıqları... - Tramp
- Orduda Tovuz döyüşlərinin ildönümü qeyd olundu
- Nazirlər Kabineti kənd təsərrüfatı ilə bağlı bu qərarı dəyişdi