Azərbaycanda son sutka ərzində koronavirus (COVİD-19) infeksiyasına yoluxanların və peyvənd olunanların sayı açıqlanıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan BUTA.TV-a verilən məlumata görə, son sutkada infeksiyaya 6 yeni yoluxma faktı qeydə alınıb.
COVİD-19-a yoluxan 9 nəfər sağalıb.
İki nəfər dünyasını dəyişib.
İndiyədək ölkədə ümumilikdə 831 859 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 821 539 nəfər müalicə olunaraq sağalıb, hazırda 43 aktiv xəstə var. Bu günə qədər 10 277 nəfər vəfat edib.
Məlumata görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 472, bu günə qədər isə ümumilikdə 7 625 572 test icra olunub.
Eyni zamanda ölkədə son sutka ərzində 68 nəfər vaksinasiya olunub.
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı isə 13 965 826 olub.
- Azərbaycan aldadıcı hava hücumu həmləsi etdi - CNN
- Heç kim yaşamaq istədiyi həyatı yaşamır
- ABŞ-la danışıqlardan sonra sülh planı yaxşı görünür - Zelenski
- Əli Kərimlidən sonra növbə kimindir?
- Elçibəy Əli Kərimli ilə bağlı bunu xahiş etmişdi
- Əli Kərimli buna görə həbs edildi - Əli İnsanov
- Bakıda gündəm olan bu maşın kimindir? - Foto
- Rusiyada Vidadi Mustafayev saxlanıldı