Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında ötən gün Ankarada, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimindən sonra qısa görüş olub.
BUTA.TV xəbər verir ki, TRT-nin yaydığı məlumatda İlham Əliyev və Paşinyanın ikitərəfli münasibətlərin tənzimlənməsi ilə bağlı məsələləri müzakirə edərək, gələn həftə yeni görüş təşkil etmək niyyətində olduqlarını qeyd ediblər.
Erməni mediası isə Nikol Paşinyanın iyunun 7-8-də Avrasiya Hökumətlərarası Şurasının iclasının keçiriləcəyi Soçi şəhərinə gedəcəyini xatırladıb. Orada Rusiya Baş naziri Mixail Mişustinlə Paşinyanın görüşü gözlənilir. Ancaq Prezident İlham Əliyev və Rusiya lideri Putinin Soçiyə gedib-getməyəcəkləri haqda heç bir informasiya yoxdur.
- İrəvanla gündəlikdə olan əsas prioritet... - Hacıyev
- Azərbaycan aldadıcı hava hücumu həmləsi etdi - CNN
- Heç kim yaşamaq istədiyi həyatı yaşamır
- ABŞ-la danışıqlardan sonra sülh planı yaxşı görünür - Zelenski
- Əli Kərimlidən sonra növbə kimindir?
- Elçibəy Əli Kərimli ilə bağlı bunu xahiş etmişdi
- Əli Kərimli buna görə həbs edildi - Əli İnsanov
- Bakıda gündəm olan bu maşın kimindir? - Foto