Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Türkiyə Respublikasının sabiq xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı aparılıb.
Azərbaycanın Xarici İşlər Nazirliyindən BUTA.TV-a verilən məlumata görə, Ceyhun Bayramov Mövlud Çavuşoğlunun dost və qardaş Türkiyənin xarici işlər naziri vəzifəsində çalışdığı müddətdə ölkələrimiz arasında qardaşlıq və yüksək səviyyəli müttəfiqlik münasibətlərinin daha da möhkəmləndirilməsi istiqamətində həyata keçirdiyi fəaliyyətləri məmnunluqla vurğulayıb və qarşı tərəfə dərin minnətdarlığını bildirib.
Nazir, Mövlud Çavuşoğluna gələcək işlərində müvəffəqiyyətlər arzulayıb.
Mövlud Çavuşoğlu öz növbəsində, minnətdarlığını bildirərək, xarici işlər naziri çalışdığı müddət ərzində daim Azərbaycanın və Türkiyənin maraqlarını irəlilətdiyi, bundan sonra da iki ölkə arasında qardaşlıq və müttəfiqlik münasibətlərinə töhfə verəcəyini vurğulayıb.
- Bu gün Bakının dörd rayonunda qaz olmayacaq
- Makron əlini öpmək istədi - Əminə Ərdoğan geri çəkildi+Video
- Bəzi ərazilərdə işıq olmayacaq
- Ən yaxşı məktəblər açıqlandı
- Biri sevincdən, digəri kədərdən... - Fotolar
- Maşınla bir neçə dəfə həmyerlisinin üzərindən keçdi - Qobustanda dəhşətli qətl
- Hüseyn Dəryanın məzarından görüntülər yayıldı - Video
- Həmişə rekord qırırdı, indi əksi oldu - Video