OPEK+ ölkələri neft hasilatı ilə bağlı razılığa gəldi

21:12 - 4 İyun 2023 - GÜNDƏM

 OPEK+ ölkələri neft hasilatı ilə bağlı razılığa gəldi

OPEK+ ölkələri 2024-cü il üçün neft hasilatının səviyyəsi ilə bağlı razılığa gəliblər.

BUTA.TV xəbər verir ki, bu barədə təşkilatın yaydığı məlumatda bildirilib.

“OPEK-ə üzv və qeyri-üzv ölkələr üçün ümumi xam neft hasilatının səviyyəsi gələn ilin yanvarın 1-dən dekabrın 31-dək sutkada 40,46 milyon barrel olaraq müəyyən edilib”, - deyə məlumatda bildirilir.

Ümumilikdə, hesablamalara görə, OPEK+ ölkələri hasilatı sutkada 1,393 milyon barrel azaldacaq.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol