Son zamanlar Ukraynanın kütləvi raket zərbələrinə məruz qalması fonunda Rusiyada raket ehtiyatlarının sürətlə tükənməsi barədə xəbərləri alırıq.
BUTA.TV xəbər verir ki, “RBK-Ukrayna” mənbələrinə istinad edərək Rusiyanın ehtiyat raketlərinin sayını açıqlayıb:
- 180 ədəd X-22 (qanadlı)
- 150 ədəd “Kalibr”(qanadlı)
- 140 ədəd “İsgəndər-M” (balistik)
- 90 ədəd X-101 və X-555 (qanadlı)
- 80 ədəd “Xəncər”(aerobalistik)
- 45 ədəd “İsgəndər-K”.
Beləliklə, cəmi 690 raket qalıb - onlardan 470 qanadlı, 220 isə balistik raketlərdir.
Müharibənin əvvəlində (24 fevral 2022-ci il) Rusiyanın ehtiyatında 6000-dən çox raket var idi. Bugünkü rezerv müharibənin başlandığı günlə müqayisədə 10%-ə yaxın təşkil edir.
Rusiyanın ayda 70-90 raket istehsal etməsinə baxmayaraq, kütləvi zərbələr üçün imkanlar sürətlə məhdudlaşır, həm də nəzərə almalıyıq ki, 690 raketdən ibarət ehtiyatın bir hissəsi stratejidir və toxunulmaz hesab olunur.
Məsələnin başqa tərəfi də odur ki, bu gün Ukrayna HHM sistemləri Rusiyanın atdığı raketlərin 85-95%-ni zərərsizləşdirir. Başqa sözlərlə, Rusiyanın kütləvi raket hücumunun sonuna yaxınlaşırıq.
- Əbu-Dabidəki görüşün 5 saat çəkməsi o deməkdir ki... - Politoloq
- Rusiyanın kamikadze dronu səfirliyimizin yaxınlığına düşdü - Foto
- Qafqazda nə baş verir? - Rus mediası isterikaya düşdü
- Əliyevlə Paşinyan bununla bağlı göstəriş verdilər - Ermənistan XİN
- İrəvan Zəngəzur dəhlizi ilə bağlı buna razıdır - Təcili
- Xüsusi təyinatlılar azərbaycanlılara görə polis şöbələrinə hücum etdi
- XİN Əbu-Dabi görüşü ilə bağlı məlumat yaydı
- Əliyevlə Paşinyanın görüşündə iştirak edən ən maraqlı sima...