Axtarışa verilən rusiyalı deputat “Vaqner”ə qoşuldu

13:48 - 5 İyun 2023 - GÜNDƏM

 Axtarışa verilən rusiyalı deputat “Vaqner”ə qoşuldu

Rusiyanın Sverdlovsk vilayətindən axtarışa verilən deputat İlya Çij “Vaqner”ə qoşulub.

BUTA.TV xəbər verir ki, bu barədə Rusiya mətbuatı deputatın yaxınlarına istinadən məlumat yayıb.

Məlumata görə, Çij məhkəmə prosesi zamanı bir neçə dəfə vaqnerçilərə qoşulmağa cəhd edib:

“Məhkəmə qərarı olmadığına görə ondan imtina edilib. Amma hökmdən sonra ona “Vaqner”ə qoşulmağa icazə verilib”.

Qeyd edək ki, iyunun 2-də məhkəmə deputatı qəsdən sağlamlığa ağır zərər vurma üzrə iki il müddətinə həbsə məhkum edib. Ötən ilin aprelində Çij Alapayevsk şəhərinin həyətlərindən birində iki nəfəri beysbol taxtası ilə döyüb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol