Naxçıvanda azad iqtisadi zona yaradılacaq

15:26 - 5 İyun 2023 - GÜNDƏM

 Naxçıvanda azad iqtisadi zona yaradılacaq

Naxçıvan MR-da azad iqtisadi zonanın yaradılması nəzərdə tutulur.

BUTA.TV xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Naxçıvan MR-nın sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nda öz əksini tapıb.

Sənədə əsasən, bu məsələ üzrə əsas icraçı qurum İqtisadiyyat Nazirliyi, digər icraçı qurum isə Dövlət Gömrük Komitəsidir.

İlkin olaraq azad iqtisadi zonanın yaradılması ilə bağlı layihənin hazırlanması, daha sonra azad iqtisadi zonanın yaradılması istiqamətində tədbirlər görülməsi, yekun olaraq isə ticarət və logistika imkanlarının genişlənməsi ilə Naxçıvan MR iqtisadiyyatının inkişafı planlaşdırılır.

Bu xəbər hal-hazırda çox oxunur
Elşən İbrahimov Rusiyadan deportasiya olunur

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol