Kiyevin agent şəbəkəsi: Dronlar Rusiyaya belə göndərilir

15:44 - 5 İyun 2023 - GÜNDƏM

 Kiyevin agent şəbəkəsi: Dronlar Rusiyaya belə göndərilir

Ukrayna Rusiyada təxribat üçün yaxşı təlim keçmiş agentlər şəbəkəsi yaradıb və onları öz istehsalı olan dronlarla təmin edib. Həmin dronlar da qaçaqmal yolu ilə Rusiya ərazisinə daxil olur.

BUTA.TV xəbər verir ki, bu barədə CNN ABŞ kəşfiyyatına istinadla məlumat yayıb.

“Amerika məmurları hesab edir ki, agentlər may ayında Kremlə dron hücumunu Ukrayna ərazisindən deyil, məhz Rusiya ərazisindən ediblər. Onların fikrincə, Ukrayna Rusiya daxilində bu cür müharibə aparmaq üçün yaxşı təlim keçmiş ukraynapərəst şəxslərdən ibarət diversiya qrupları yaradıb. Onlara verilən dronlar da Ukraynadan göndərilir”, - məlumatda qeyd olunub.

CNN-in iki mənbəsi bildirib ki, Ukrayna dronları və ya onların komponentlərini Rusiyaya göndərmək üçün yaxşı qurulmuş qaçaqmalçılıq marşrutları yaradıb.

Bu xəbər hal-hazırda çox oxunur
Elşən İbrahimov Rusiyadan deportasiya olunur

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol