Azərbaycanın FİFA referisi Əliyev Ağayev 21 yaşadək futbolçulardan ibarət milli komandalar arasında Avropa çempionatına təyinat alıb.
BUTA.TV xəbər verir ki, 36 yaşlı hakim Gürcüstanda keçiriləcək A və C qrupunun matçlarını idarə edəcək.
A qrupunda Gürcüstanla yanaşı Portuqaliya, Niderland və Belçika, C qrupunda İngiltərə, Almaniya, Çexiya və İsrail yığmaları mübarizə aparacaqlar.
Qeyd edək ki, Avropa çempionatı 21 iyun-8 iyulda Gürcüstan və Rumıniyada təşkil olunacaq.
- Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində yeni təyinat
- Bu şəxslərin maaşlarında artım oldu
- Bu, müharibədən, böhrandan, təhdiddən daha dağıdıcı olur
- İrəvanla gündəlikdə olan əsas prioritet... - Hacıyev
- Azərbaycan aldadıcı hava hücumu həmləsi etdi - CNN
- Heç kim yaşamaq istədiyi həyatı yaşamır
- ABŞ-la danışıqlardan sonra sülh planı yaxşı görünür - Zelenski
- Əli Kərimlidən sonra növbə kimindir?