Ötən gün Heydər Əliyev Sarayında baş tutan "Muğam aləmi" Vl Beynəlxalq Musiqi Festivalı çərçivəsində konsert proqramında duyğusal anlar yaşanıb.
Kult.az xəbər verir ki, proqramda çıxış edən Alim Qasımov qızı, əməkdar artist Fərqanə Qasımovadan “Nəva” muğamından bir parça oxumağı xahiş edib.
“Qızıma vəsiyyət etmişəm ki, məni “Nəva” muğamının “Gəvəş” şöbəsinin sədaları altında dəfn edərsiniz. Bu muğama bütövlükdə “Gəvəş muğamı” da deyirəm. Uzun müddət ifa olunmayan qədim və mənim ən çox sevdiyim muğamlarımızdandır”, - Alim Qasımov deyib.
Fərqanə Qasımovanın Molla Pənah Vaqifin “Hər gedən gəlmiş” qəzəlini ifadə etdiyi (“Mən bu dərd ilə əgər ölsəm, məzarə qоymayın/Üstümə оl tuti dilli şux nigarım gəlməmiş”) “Gəvəş” şöbəsi Alim Qasımovu kövrəldib və tamaşaçılara da təsirli anlar yaşadıb.
Qeyd edək ki, “Nəva” muğamının ifaçilarından biri də Fərqanə Qasımovadır. “Gəvəş” şöbəsini 12:50-ci dəqiqədən dinləyə bilərsiniz.
- Rusiya Bakıya heyət göndərir: Putinin şəxsi mesajı...
- Rusiyada bu qurum Azərbaycana müraciət etdi
- Mirziyayevin Azərbaycana səfəri əhəmiyyətlidir, çünki...
- Rusiyadan Azərbaycana gələn turist sayında azalma var?
- Bakı-Moskva gərginliyi: Ərdoğanın bu sözləri Putinədir
- Xankəndidə Şimali Kiprin bayrağının asılması... - Tatar
- Əliyevlə danışdım: Suriya ilə bağlı buna hazırdır
- Ərdoğandan Bakı-Moskva gərginliyinə münasibət