İngiltərənin "Mançester Siti" komandasının futbolçusu İlkay Gündoğan İspaniyanın "Barselona" komandasına transfer olub.
BUTA.TV xəbər verir ki, bu barədə italiyalı tanınmış insayder Fabritsio Romano məlumat verib.
Bildirilib ki, Gündoğanla yeni klubu arasında 2+1 illik müqavilə imzalanacaq.
Qeyd edək ki, İlkay Gündoğan 2016-cı ildən "Mançester Siti"də çıxış edirdi. Onun "şəhərlilər"lə sözləşməsi iyunun 30-da başa çatacaq.
Daha öncə də onun "Barselona"ya transfer olduğu barədə xəbərlər yayılmış, ancaq bu, təsdiqini tapmamışdı.
- Baş nazirdən yeni qərar...
- Ruslan Abdullayev müşavir təyin olundu - Foto
- Bakıda təmir gedən yollar açıqlandı
- Sabah Bakının bu ərazilərində qaz olmayacaq
- Sabah çimərliyə getmək istəyənlərin nəzərinə!
- Bağlı qalmış daha 218 cinayət işi açılıb - DİN
- Bakıda kişi arvadını küçədə güllələyib öldürdü - FOTO
- Gürcüstanı Azərbaycanla birləşdirən yeni yol çəkiləcək