AB nümayəndə heyəti “Laçın” postuna gəldi

13:34 - 22 İyun 2023 - GÜNDƏM

 AB nümayəndə heyəti “Laçın” postuna gəldi

AB-nin Ermənistandakı nümayəndəliyinin rəhbəri Andrea Viktorin və Avropa Parlamentinin Təhlükəsizlik və Müdafiə üzrə Alt Komitəsinin sədri Natali Luazo monitorinq missiyasının rəhbəri Markus Ritterin müşayiəti ilə Həkəri körpüsü yaxınlığındakı sərhəd bölməsinə baş çəkiblər.

BUTA.TV xəbər verir ki, bu barədə AB-nin Ermənistandakı missiyasının Tvitter səhifəsində məlumat paylaşılıb.

“Vəziyyətlə yerində tanış olmaq üçün bu gün AB nümayəndə heyəti Həkəri körpüsünün yaxınlığındakı monitorinq patruluna qoşulub”, - məlumatda qeyd olunub.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol