SEPAH kürd silahlılarına qarşı əməliyyata başladı

18:00 - 22 İyun 2023 - GÜNDƏM

 SEPAH kürd silahlılarına qarşı əməliyyata başladı

İyunun 22-i səhər saatlarında SEPAH Kürdüstan əyaləti və İraq sərhədi daxilində kürd silahlı təşkilatlarına qarşı hərbi əməliyyatlar keçirib.

BUTA.TV xəbər verir ki, bu barədə SEPAH-a bağlı sosial media kanalları məlumat yayıb.

Məlumatda əməliyyatların hətta İraqın Süleymaniyyə şəhərinə yaxın bölgələrdə də keçirildiyi bildirilir:

“Müxalif təşkilatların yerləşdiyi bölgələr artilleriya atəşinə tutulub. Silahlı təşkilatın Saman İbrahimi və Heyva Sadiqi adlı iki üzvü öldürülüb, bir neçə nəfər yaralanıb”, - məlumatda deyilib.

Bu xəbər hal-hazırda çox oxunur
Rusiyada azərbaycanlı qadın saxlanıldı - Səbəb

Qeyd edək ki, son iki həftə ərzində adı çəkilən bölgədə SEPAH və silahlı müxalif təşkilatlar arasında silahlı toqquşmalar baş verir. Müxalif qruplar qarşıdurmalar nəticəsində SEPAH-ın onlarla üzvünün öldüyünü bildirsələr də, rəsmi Tehran iki SEPAH-çının öldürüldüyünü təsdiqləyib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol