İyunun 21-də İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (İHAM) terrorçuluq, dövlət sərhədini qanunsuz keçməkdə və digər cinayətlərdə təqsirləndirilən iki erməni hərbi qulluqçusu ilə bağlı Ermənistanın Azərbaycana qarşı müvəqqəti təmin tədbiri tətbiq edilməsinə dair tələbini rədd edib.
BUTA.TV xəbər verir ki, Ermənistan öz tələbində yuxarıda qeyd olunan iki hərbi qulluqçunun Azərbaycanda guya İnsan Hüquqları üzrə Avropa Konvensiyasının 2-ci (yaşamaq hüququ) və 3-cü (işgəncələrin qadağan edilməsi) maddələrinə zidd olan rəftara məruz qaldıqlarını iddia edib.
Bununla bağlı Azərbaycan tərəfi erməni hərbçilərinin Avropa Konvensiyası ilə qorunan hüquqlarının lazımi qaydada təmin edildiyi, onların həyat və sağlamlığı üçün heç bir təhlükənin olmadığı barədə müvafiq arqumentlər və sübutları İHAM-a təqdim edib.
İHAM Azərbaycan tərəfinin mövqeyinə əsaslanaraq, Avropa Məhkəməsi Reqlamentinin 39-cu qaydasına uyğun olaraq, Ermənistanın Azərbaycana qarşı müvəqqəti təmin tədbirinin tətbiqi ilə bağlı müraciətini rədd edib.
- Əliyevlə danışdım: Suriya ilə bağlı buna hazırdır
- Ərdoğandan Bakı-Moskva gərginliyinə münasibət
- Əliyev buna çox önəm verir: Zəngəzur dəhlizi açıldığı zaman...
- Azərbaycanla Pakistan arasında memorandum imzalandı
- Türkiyədən Rusiyaya sərt siyasi mesaj: Koalisiyaya qoşuldu!
- Mənə dedilər ki, Azərbaycana səfər təhlükəli ola bilər...
- Türk ordusunu hansı yolla Azərbaycana gətirmək olar?
- İlham Əliyevin hesablarında Zirvə görüşündən paylaşım - Video