Rusiya Ukraynada istifadə etdiyi silahların bəzi komponentlərini Qərbdən alır. Hətta Rusiyanın idxal etdiyi kritik silah komponentlərinin 60%-dən çoxu ABŞ şirkətlərindən gəlir.
BUTA.TV xəbər verir ki, bu barədə “Nyusvik” məlumat yayıb.
Məlumata görə, 2022-ci ilin mart və dekabr ayları arasında Rusiya 20,3 milyard dollar dəyərində hərbi komponentlər idxal edib ki, bu da 2021-ci illə müqayisədə cəmi 15% azdır:
“Ümumilikdə, Rusiya ABŞ, Avropa, Asiya və Yaxın Şərqdəki 155 şirkətdən texnologiya komponentləri alıb. Rusiya ordusunun Ukraynada istifadə etdiyi silah sistemlərindəki xarici kritik komponentlərin 66%-i ABŞ-da yerləşən şirkətlər tərəfindən istehsal edilib. Alış birbaşa həyata keçirilmir - ikili istifadə texnologiyasının böyük hissəsi Çindən gətirilir. Rusiya texnologiyasında 1057 xarici komponent müəyyən edilib. Mikroçiplər və prosessorlar bütün idxalın demək olar ki, yarısını təşkil edir. Eyni zamanda, Moskva naviqasiya, rabitə sistemlərində və müasir müharibədə istifadə olunan bir sıra başqa malları da idxal edir. Kritik komponentlərin axını 2023-cü ilin ilk üç ayında artıb.
Fərid Əsgərovla bağlı maraqlı faktlar - Rafael Ağayevin anası üçün...
2022-ci ilin son rübü ilə müqayisədə daha çox naviqasiya və sensor sistemləri idxal edilib. Rusiya istehsalı olan 4 növ qanadlı raketlərin – “X-59”, “X-101”, “Kalibr” və “İskəndər”də xaricdən gətirilən mikrosxemlər, prosessorlar, ötürücülər, yaddaş qurğuları, tranzistorlar, çeviricilər və digər komponentlər aşkarlanıb. “Tor-M2” hava hücumundan müdafiə sistemi və “T-72” tankı da daxil olmaqla, Rusiyanın 7 növ zirehli texnikası və artilleriya qurğusunda, eləcə də Rusiyanın “Orlan-10”, iki İran modeli olan “Şahid-131” və “Şahid-136” olmaqla yeddi müxtəlif tipli PUA-da xarici komponentlər aşkar edilib”.
- İlham Əliyevin hesablarında Zirvə görüşündən paylaşım - Video
- Uraloğludan Xankəndidən təsirli sözlər - Foto
- Şərif özü və Ərdoğan üçün Xankəndidən ev istədi - Video
- Şahbaz Şərifin Azərbaycana səfəri başa çatdı
- İlham Əliyevlə bu barədə razılığa gəldik - Şərif
- Elşən İbrahimov Rusiya vətəndaşlığından niyə çıxarılıb?
- Ərdoğan, Şərif və Əliyevin əl-ələ tutaraq mühüm mesajı - Video
- Hər bir məsələdə Azərbaycanın yanındayıq - Ərdoğan