Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, Azərbaycan-Qazaxıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Qənirə Paşayeva Qazaxıstan Xalqı Assambleyasının “Birlik” qızıl medalı ilə təltif olunub.
BUTA.TV xəbər verir ki, medalı Komitə sədrinə Fərabi adına Qazax Dövlət Universitetinin rektoru Canseyt Tuimebayev təqdim edib.
Qeyd edək ki, rektor həmçinin universitetin “Üstün xidmətlər” medalını da Q.Paşayevaya təqdim edib.
Komitə sədri Qazaxıstan Xalq Assambleyasına və Qazaxıstanın ən böyük universiteti olan – dünyanın nüfuzlu universitetlərindən sayılan Fərabi Universitetinin rəhbərliyinə və kollektivinə yüksək təltif və etimad üçün təşəkkürünü bildirib.
Komitə sədri Q.Paşayeva Canseyt Tuimebayevə Türk dünyasının Mədəniyyət paytaxtı olan Şuşa şəhərinin gözəlliklərinin əks olunduğu dekorativ tətbiqi sənət əsəri bağışlayıb və onu Şuşaya səfərə dəvət edib.
- Ermənistan üzərindən uçuşlara Azərbaycan nə qədər ödəyib?
- Sabiq nazirin evi 5-ci dəfə hərracda - Yenə ucuzlaşdı
- Bakıda möhtəşəm gecə - “Qarabağ” sevindirir+Fotolar
- Xəbərdarlıq: "28 May" stansiyasının I çıxışında...
- Hərbçilərə bu məlumatları vermək qadağandır! - Video
- Sürücülərin nəzərinə: Bu yol bağlanacaq!
- Nərgiz Muxtarovaya hökm oxundu
- Qazdan istifadə qaydaları dəyişdi - Qərar