Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin sayı böyük dərəcədə artırılıb. Müharibə dövründə Müdafiə Nazirliyinin xüsusi təyinatlıları xüsusi qəhrəmanlıq və peşəkarlıq göstərmişlər.
BUTA.TV xəbər verir ki, bu barədə iyunun 23-də Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birinə Döyüş bayrağının təqdim olunması mərasimində çıxışı zamanı qeyd edib.
Müdafiə Nazirliyinin dəniz piyadalarının sayının bir neçə dəfə artırıldığını və bu artımın davam etdiyini vurğulayan dövlət başçısı deyib:
“Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti - bu qurumların xüsusi təyinatlı qüvvələrinin sayı dəfələrlə artırılıb”. Prezident qeyd edib ki, bu böyük qüvvə ərazimizin qorunması, ərazi bütövlüyümüzün təmin edilməsi, təhlükəsizliyimizə təhdid olarsa, düşmən qüvvələrə sarsıdıcı zərbələrin endirilməsi məqsədi güdür.
- Mənə dedilər ki, Azərbaycana səfər təhlükəli ola bilər...
- Türk ordusunu hansı yolla Azərbaycana gətirmək olar?
- İlham Əliyevin hesablarında Zirvə görüşündən paylaşım - Video
- Uraloğludan Xankəndidən təsirli sözlər - Foto
- Şərif özü və Ərdoğan üçün Xankəndidən ev istədi - Video
- Şahbaz Şərifin Azərbaycana səfəri başa çatdı
- İlham Əliyevlə bu barədə razılığa gəldik - Şərif
- Elşən İbrahimov Rusiya vətəndaşlığından niyə çıxarılıb?