Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birinə Döyüş bayrağının təqdim olunması mərasimində çıxışı zamanı Ermənistanla sülh müqaviləsinin imzalanması üçün Azərbaycanın şərtlərini bir daha xatırladıb.
BUTA.TV xəbər verir ki, Ermənistanın keçən ilin oktyabr ayında Azərbaycanın ərazi bütövlüyünü rəsmən tanıdığını, ötən ay isə hətta ölkəmizin ərazisinin parametrlərinin qeyd olunduğunu bildirən dövlətimizin başçısı həmin bu ifadələrin kağız üzərində də olmasının və Ermənistan buna imza atmasının zəruriliyini diqqətə çatdırıb. Deyib ki, belə olan halda Cənubi Qafqazda uzunmüddətli sülh yarana bilər.
Prezident İlham Əliyev sülh üçün digər mühüm şərtlərin Zəngəzur dəhlizinin açılmasının və Ermənistan ordusunun silahlı birləşmələrinin Qarabağ bölgəsindən çıxarılmasının olduğunu vurğulayıb.
- Ermənistan üzərindən uçuşlara Azərbaycan nə qədər ödəyib?
- Sabiq nazirin evi 5-ci dəfə hərracda - Yenə ucuzlaşdı
- Bakıda möhtəşəm gecə - “Qarabağ” sevindirir+Fotolar
- Xəbərdarlıq: "28 May" stansiyasının I çıxışında...
- Hərbçilərə bu məlumatları vermək qadağandır! - Video
- Sürücülərin nəzərinə: Bu yol bağlanacaq!
- Nərgiz Muxtarovaya hökm oxundu
- Qazdan istifadə qaydaları dəyişdi - Qərar