Moskvanın Stupino şəhərinə ordu yığılır - Video

10:48 - 24 İyun 2023 - GÜNDƏM

 Moskvanın Stupino şəhərinə ordu yığılır - Video

Hazırda Moskvanın Stupino şəhərində Domodedovo hava limanı istiqamətində Rusiya ordusu qüvvələrinin cəmləşməsi müşahidə olunub.

BUTA.TV xəbər verir ki, bununla bağlı “Nexta Live” Teleqram kanalı görüntü paylaşıb.

Qeyd edək ki, ötən gün axşam saatlarında Yevgeni Priqojin Rusiya müdafiə naziri Sergey Şoyqunun Rostova gələrək, “Vaqner”in qərargahlarına hücum əməliyyatına rəhbərlik etdiyini iddia edib. Onun sözlərinə görə, “Vaqner” qərargahlarına endirilən zərbələr nəticəsində yüzlərlə ölən və yaralanan var.

Bundan sonra Priqojin “25 minlik ordu ilə” Rostova doğru hərəkət etdiyini açıqlayıb. Ona qarşı Rusiya FTX və Baş Prokurorluq “hərbi çevrilişinə cəhd” maddəsi ilə cinayət işi başladıb, Moskva, Voronej və Rostovda antiterror rejimi tətbiq edilib.

“Vaqner”in gecə saatlarında Rostovu ələ keçirdiyi, hazırda isə Moskvaya doğru hərəkət etdiyi bildirilir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol