Azərbaycan boksçusu Məhsəti Həmzəyeva-Ağamalıyeva Polşada keçirilən III Avropa Oyunlarında mübarizəyə başlayıb.
BUTA.TV xəbər verir ki, 57 kiloqram çəki dərəcəsində mübarizə aparan yığmamızın üzvü 1/8 finalda Ermənistan idmançısı Tatevik Xaçatryan ilə qarşılaşıb.
Görüş M.Həmzəyeva-Ağamalıyevanın inamlı qələbəsi ilə başa çatıb. Erməni rəqibinə heç bir şans verməyən boksçumuz 5:0 (29:28, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə qalib gəlib.
Bununla da Avropa Oyunlarında 1/4 finala yüksələn Azərbaycan boksçularının sayı dördə çatıb.
Məhsəti Həmzəyeva-Ağamalıyevadan əvvəl Sərxan Əliyev (71 kq), Murad Allahverdiyev (80 kq) və Məhəmməd Abdullayev (+92 kq) dörddəbir finala vəsiqəni təmin ediblər.
Qeyd edək ki, 1/4 final döyüşləri iyunun 28-də keçiriləcək.
- Təhsil TV-yə yeni direktor təyin edildi - Foto
- “Bolt” sürücüləri sərnişinlərdən artıq ödəniş tələb edir
- Mülki PUA-lara nəzarət olacaq
- Mopedlərə texniki baxış və sürücülük vəsiqəsi ilə əlaqədar rüsüm...
- Yeni dövlət rüsumları üçüncü oxunuşdan keçdi
- Hesablama Palatasına yeni səlahiyyət verilir
- MM Ukrayna ilə bağlı bu müqaviləni ratifikasiya etdi
- Milli Məclisin iclası başladı