Separatçılar ordumuzun “Qəzəb” əməliyyatına görə Vaşinqton danışıqlarının dayandırılması üçün İrəvana müraciət edib. Hərbçimizin yaralanması ilə nəticələnən təxribatın məqsədi bu müraciətlə daha da aydın olur: Xankəndində qorxurlar ki, Vaşinqtonda Bakı və İrəvan irəliləyiş əldə edə bilər, təxribat hücumu ilə prosesi pozmağa çalışırlar;
Və sirr deyil ki, təxribatların idarəedicisi Vaşinqton prosesinin pozulmasında əsas maraqlı tərəf olan Rusiyadır.
Ermənistanın da danışıqlardan yayınmaq üçün prosesdən yararlana biləcəyi gözləntisi var. İrəvan qondarma “Bakı-Xankəndi” formatını və “beynəlxalq mexanizm” istəyini əsaslandırmaq üçün baş verənlərdən istifadə etməyə çalışacaq. Paşinyanın Bakının “Qəzəb” əməliyyatı haqda dedikləri, “beynəlxalq ictimaiyyəti Qarabağdakı erməni əhalisinin “hüquq və təhlükəsizliyini” qorumağa çağırması” da bu ehtimalı artırır.
Lakin İrəvanın danışıqlardan yayınması ümidlərin azaldığı sülh prosesinə zərbə olsa da, Moskva ilə birgə Vaşinqtonun təşəbbüsünün pozulmasına hesablanmış addım kimi qəbul olunacaq və bu, Bakının suveren ərazisində əməliyyatları genişləndirmək üçün beynəlxalq dəstəyin artması ilə nəticələnə bilər. Belə bir perspektivdə Rusiyanın proseslərə təsir edə biləcək səviyyədə müdaxilə imkanları da zəif görünür.
Separatçıların yeni təxribata hazırlaşdığına dair məlumatlar var. Bu, “Qəzəb” əməliyyatının davamlı ola biləcəyini deməkdir.
- Əli Əsədov Ərsin Tatarla görüşdü
- Yekaterinburqda həbs olunan azərbaycanlıların sayı artdı
- Azərbaycan-Gürcüstan hərbi polisləri bir arada - Foto
- Xüsusi icra məmurları haqqında yeni tələblər
- Qazaxıstan prezidenti Azərbaycana təşəkkür etdi
- Özbəkistanla bu məsələdə razılığa gəldik - Prezident
- Azərbaycan və Özbəkistanın bu şəhərləri qardaşlaşır
- Əliyev və Mirziyayev səfirliyin yeni binasının açılışında