Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) böyük bir nümayəndə heyəti Türkiyəyə gəlib. Nümayəndə heyəti Türkiyənin müdafiə sənayesi başda olmaqla, müxtəlif sahələrdə investisiya imkanlarını qiymətləndirəcək.
BUTA.TV xəbər verir ki, bu barədə Türkiyə mətbuatında məlumat yayılıb.
Məlumata görə, əsas diqqət müdafiə sənayesi, metro və sürətli qatarlar, xüsusilə də bərpa olunan enerji kimi infrastruktur layihələri vasitəsilə iki ölkə arasında ticarətin artırılmasına yönəldilib.
"Hürriyyət" qəzeti qeyd edir ki, görüşlərdə BƏƏ-dən Türkiyəyə 25-30 milyard dollar sərmayə gözlənilir, Türkiyənin ixracatının 5 milyard dollardan 10 milyard dollara yüksəldilməsi hədəflənir. Digər tərəfdən, investisiya fəaliyyətlərində müdafiə sənayesinin ön plana çıxacağı təxmin edilir.
Əldə edilən digər məlumata görə, BƏƏ də Türkiyədən hücum helikopterlərinin tədarükü ilə yaxından maraqlanır.
"Roketsan" və BƏƏ müdafiə sənayesi sektorunun "Tawazun" şirkəti arasında anlaşma memorandumu imzalanıb.
Seçkilərdən sonra ənənəvi olaraq ilk xaricə səfərini Şimali Kipr və Azərbaycana edən Prezident Rəcəb Tayyib Ərdoğanın bayramdan sonra böyük bir heyətlə Birləşmiş Ərəb Əmirliklərinə getməsi planlaşdırılır.
- DSMF-nin xərcləri birinci yarımildə artaraq, bu qədər oldu
- Prezident fərman imzaladı
- Bu məhsullar gömrük rüsumundan azad edilir
- Sürücü dolu avtobusu qoyub skamyada siqaret çəkdi - Video
- Qumar oyunları ilə bağlı cəzalar sərtləşdirilir
- Qaradağda yeni avtomobil körpüləri tikilir
- Təhsil TV-yə yeni direktor təyin edildi - Foto
- “Bolt” sürücüləri sərnişinlərdən artıq ödəniş tələb edir