Ermənistan və Avropa Komissiyası “Ermənistanın kəndlərində davamlı enerji, enerji təhlükəsizliyi və iqlimə davamlılıq” haqda texniki yardım sazişi çərçivəsində 6,5 milyon avroluq qrant imzalayacaq.
BUTA.TV xəbər verir ki, bu barədə Ermənistan hökumətinin iclasında qərar qəbul edilib.
Yaxın vaxtlarda sənədin ratifikasiya üçün ölkə parlamentinə təqdim olunacağı bildirilir. Məlumata görə, Ermənistan hökuməti "Avropa Yaşıl Sövdələşməsi"nə uyğun olaraq 2030-cu ilə qədər günəş enerjisi istehsalının ümumi həcmdə payını 15%-ə çatdırmağı planlaşdırır.
- Sabah 38 dərəcə isti olacaq
- DSMF-nin xərcləri birinci yarımildə artaraq, bu qədər oldu
- Prezident fərman imzaladı
- Bu məhsullar gömrük rüsumundan azad edilir
- Sürücü dolu avtobusu qoyub skamyada siqaret çəkdi - Video-Yenilənib
- Qumar oyunları ilə bağlı cəzalar sərtləşdirilir
- Qaradağda yeni avtomobil körpüləri tikilir
- Təhsil TV-yə yeni direktor təyin edildi - Foto