İsrail silahlarını Ukraynaya tədarük etməkdən çəkinir. Çünki onların İranın əlinə keçə biləcəyindən ehtiyatlanır.
BUTA.TV xəbər verir ki, bu sözləri “Voll Strit Jurnal”a müsahibəsində İsrailin Baş naziri Benyamin Netanyahu deyib.
O bildirib ki, Vaşinqton və Kiyevin Ukrayna ordusuna silah tədarükü ilə bağlı müraciətləri rədd edilib:
“Bizim narahatlığımız var ki, məncə, Ukraynanın Qərb müttəfiqlərindən heç birinin belə bir narahatlığı yoxdur. İsrail silahların Ukraynada ələ keçirilərək İrana verilə biləcəyindən ehtiyat edir. Xüsusilə, söhbət İsrailin ABŞ ilə birgə hazırladığı Dəmir günbəz hava hücumundan müdafiə sistemindən gedir. Əgər bu sistem İranın əlinə keçsə, milyonlarla israilli müdafiəsiz və təhlükə altında qalacaq”.
- Sabah 38 dərəcə isti olacaq
- DSMF-nin xərcləri birinci yarımildə artaraq, bu qədər oldu
- Prezident fərman imzaladı
- Bu məhsullar gömrük rüsumundan azad edilir
- Sürücü dolu avtobusu qoyub skamyada siqaret çəkdi - Video-Yenilənib
- Qumar oyunları ilə bağlı cəzalar sərtləşdirilir
- Qaradağda yeni avtomobil körpüləri tikilir
- Təhsil TV-yə yeni direktor təyin edildi - Foto