Kremlin dəstəyi olmadan İran rejimi çökəcək - Behişti

16:36 - 29 İyun 2023 - GÜNDƏM

 Kremlin dəstəyi olmadan İran rejimi çökəcək - Behişti

Tehran rejimiylə Rusiya lideri Vladimir Putin çox bağlıdır. Zəmanət verilir ki, Kremlin dəstəyi olmadan İran rejimi çökəcək.

BUTA.TV xəbər verir ki, bu sözləri iranlı siyasi mühacir Vahid Behişti deyib.

O əlavə edib ki, İran rejiminə Putinlə yanaşı, Çinin də dəstəyi var:

“Tehran hakimiyyəti maliyyə, siyasi, beynəlxalq aspektdə çıxılmaz vəziyyətdədir”.

Bu xəbər hal-hazırda çox oxunur
Azərbaycanda rusdilli məktəblər bağlanır

Behişti bildirib ki, İranın Rusiyayla bağlı olmasının sübutlarından biri rus dünyasının ideoloqu Aleksandr Duginin tez-tez Tehrana səfər etməsidir:

“Dugin çıxışlarının birində “ideoloji baxımdan Tehran və Moskva çox bağlıdır. Bu iki rejim təkcə müharibəyə görə bir-birini dəstəkləmir, başqa aspektdə, ideoloji olaraq düşünürlər ki, onlar birləşib, dünyada böyük bir güc yaratmalıdırlar” deyib”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol