Fransa "VMaX" hipersəs təyyarəsinin prototipinin sınaqdan keçirildiyini elan edib.
BUTA.TV xəbər verir ki, bu barədə Fransanın Silahlanma üzrə Baş İdarəsi (DGA) məlumat yayıb.
Məlumata görə, bu, ilk prototip özündə bir çox texnoloji yenilikləri ehtiva edir. Fransa Silahlı Qüvvələri sınaqların uğurlu olub-olmaması barədə məlumat verməyib.
Qeyd edək ki, "VMaX"nın texniki parametrləri və sınaq təfərrüatı haqqında da məlumat verilmir. "VMaX" hipersəs təyyarələrinin inkişafı proqramı 2019-cu ildə başlayıb. İlkin olaraq prototipin uçuş sınaqları 2021-ci ilə nəzərdə tutulmuşdu, lakin texniki və büdcə problemlərinə görə ilk uçuş bu ilin əvvəlinə təxirə salınmışdı.
- Kapital Bank istiqrazlarına abunə yazılışı başladı
- General yüksək vəzifəyə təyin edildi - Foto
- Süni intellekt üçün internet Bakcelldən
- Bakıda beynəlxalq konfrans keçiriləcək
- Kəlbəcərdə otlaq sahədə mina partladı
- Simonyanın torbasını tikənlər - Aralarında müavini də var
- Sabah 38 dərəcə isti olacaq
- DSMF-nin xərcləri birinci yarımildə artaraq, bu qədər oldu