ABŞ Dövlət Departamentində Azərbaycan və Ermənistan arasında sülh danışıqları davam edir və danışıqlar konstruktiv keçir.
BUTA.TV xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, ABŞ dövlət katibi Entoni Blinken bu gün görüşün nəticələri ilə bağlı açıqlama verəcək:
“ABŞ dövlət katibi Entoni Blinken bu gün yenidən Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan ilə təkbətək, sonra onların ikisi ilə birlikdə görüş keçirəcək. O, daha sonra görüşün nəticələri ilə bağlı da danışacaq”.
- Kapital Bank istiqrazlarına abunə yazılışı başladı
- General yüksək vəzifəyə təyin edildi - Foto
- Süni intellekt üçün internet Bakcelldən
- Bakıda beynəlxalq konfrans keçiriləcək
- Kəlbəcərdə otlaq sahədə mina partladı
- Simonyanın torbasını tikənlər - Aralarında müavini də var
- Sabah 38 dərəcə isti olacaq
- DSMF-nin xərcləri birinci yarımildə artaraq, bu qədər oldu