3 milyonluq narkotik: Erməni müxalifətçinin oğlu tutuldu

15:06 - 30 İyun 2023 - GÜNDƏM

 3 milyonluq narkotik: Erməni müxalifətçinin oğlu tutuldu

“İctimai səs” partiyasının əvvəllər həbs olunmuş lideri Artak Qalstyanın oğlu Gürcüstanda narkotik cinayətində ittiham olunaraq saxlanılıb.

BUTA.TV xəbər verir ki, bu barədə "Sputnik Gürcüstan" məlumat yayıb.

Bildirilib ki, onun Ermənistana ekstradisiyası üçün tədbirlər görülür.

Məlumata görə, Ermənistanın İstintaq Komitəsi 2019-2023-cü illərdə narkotik alveri ilə məşğul olan böyük mütəşəkkil cinayətkar dəstəni ifşa edib.

Bu xəbər hal-hazırda çox oxunur
Azərbaycanda rusdilli məktəblər bağlanır

İstintaq müəyyən edib ki, cinayətkar qruplaşma üzvləri Teleqramda çoxsaylı qruplar vasitəsilə narkotik alveri həyata keçiriblər. Satışın ümumi məbləği 3 milyon dollar qiymətləndirilir.

Cinayətin izlərini gizlətmək üçün qrup üzvləri hətta kriptovalyuta ilə pul alıblar.

“İctimai səs” partiyasının lideri də daxil olmaqla 8 nəfərə qarşı cinayət işi açılıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol