Rusiya hərbi büdcəsini artırdı - Britaniya

15:14 - 30 İyun 2023 - GÜNDƏM

 Rusiya hərbi büdcəsini artırdı - Britaniya

Rusiya hərbi xərcləri artırmağa məcburdur. Çünki Ukraynayla həmsərhəd bölgələrdə müdafiə tədbirləri üçün əlavə resurslara ehtiyac var.

BUTA.TV xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunur ki, Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu 2023-cü ilin iyun hesabatında Rusiyanın 2023-cü il üçün hərbi xərclərinin təxminən 6,6 trilyon rubl (85,8 milyard dollar) olduğunu təxmin edib. Bu, Rusiya ÜDM-nin təxminən 4,4%-nə uyğundur. 2021-ci ildə isə bu rəqəm 3,6% idi.

Bildirilir ki, həqiqi hərbi xərclərin nə qədər olduğu bəlli deyil. Çünki Rusiya dövlət büdcəsinin 22%-i gizli saxlanılır.

Bu xəbər hal-hazırda çox oxunur
Azərbaycanda rusdilli məktəblər bağlanır

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol