ABŞ yenidən bu təşkilata qayıdır

18:40 - 30 İyun 2023 - GÜNDƏM

 ABŞ yenidən bu təşkilata qayıdır

UNESCO Baş Konfransının növbədənkənar sessiyasında Vaşinqtonun təklif etdiyi şərtlərlə ABŞ-ın təşkilata qayıtması barədə qətnamə qəbul edilib.

BUTA.TV xəbər verir ki, ümumilikdə 132 ölkə səs qətnamənin lehinə verib. 10 ölkə buna qarşı çıxıb, daha 15 ölkə isə bitərəf qalıb.

Qətnamənin qəbulu üçün 95 səs çoxluğu tələb olunurdu, ona görə də qətnamə layihəsi təsdiq edilmiş sayılır. ABŞ son beş ildə ödənilməyən üzvlük haqqı kimi toplanmış 600 milyon dollar köçürməyi planlaşdırır.

Xatırladaq ki, Vaşinqton 2017-ci ildə Tramp administrasiyası zamanında təşkilatın İsrailə münasibəti ilə bağlı UNESCO-dan çıxdığını elan etmişdi.

Bu xəbər hal-hazırda çox oxunur
Azərbaycanda rusdilli məktəblər bağlanır

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol