“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti (ADY) rəqəmsal ödənişlərin genişləndirilməsi, köşklərdə və kassalarda növbələrin aradan qaldırılması və kağız istifadəsi nəticəsində ətraf mühitə dəyən zərərin qarşısının alınması məqsədilə bu gündən etibarən Abşeron dairəvi dəmir yolu xətti üzrə hərəkət edən qatarlara kağız biletlərin satışını dayandırıb.
ADY-dən BUTA.TV-a bildirilib ki, müvafiq marşrut üzrə qatarlarda gediş NFC-ni dəstəkləyən bank və ya ADY-yə məxsus gediş kartları ilə təmassız və rahat şəkildə həyata keçirilə bilər.
ADY-yə məxsus gediş kartlarını Abşeron dairəvi dəmir yolu marşrutu üzrə fəaliyyət göstərən bütün stansiyaların kassalarından əldə etmək mümkündür.
Qeyd edək ki, kağız bilet almaq üçün kassalarda növbələrə ehtiyac qalmayacaq. Kartın balansını öncədən artırmaq mümkündür. Kağız biletlərdən istifadənin minimuma endirilməsi ətraf mühitin mühafizəsini dəstəkləyir. ADY kartları ilə gediş haqqı kağız biletlərin qiymətindən 10 qəpik ucuzdur.
Bildirilib ki, istənilən vaxt ADY kartını kassalara geri qaytararaq kartın dəyərini və balansındakı məbləği geri almaq mümkün olacaq.
- Azərbaycanda rusdilli məktəblər bağlanır
- Hətta qabırğalardan birini tapa bilmədik - VİDEO
- Yekaterinburqda bu dəfə azərbaycanlı qadına hücum etdilər - VİDEO
- Pezeşkian Azərbaycana gəlir
- Rusiya Azərbaycana qarşı bu qadağaya hazırlaşır
- Solovyov Azərbaycanı görün, nə ilə hədələdi...
- Narkotacir iddialarından sonra Şəbnəmin toydan yeni görüntüləri yayıldı
- Yekaterinburqda saxlanılan Bakir Səfərovun məhkəməsi başladı