Fransada 250 bank şöbəsi, 200 mağaza talan edildi

22:26 - 1 İyul 2023 - GÜNDƏM

 Fransada 250 bank şöbəsi, 200 mağaza talan edildi

Fransada dörd gün davam edən iğtişaşlar zamanı 250-yə yaxın tütün mağazası, 250 bank şöbəsi və 200 ərzaq mağazası talan edilib.

BUTA.TV xəbər verir ki, bunu Fransanın iqtisadiyyat naziri Bruno Le Maire deyib.

O bildirib ki, zorakılıqdan əziyyət çəkən satıcılara sığorta şirkətləri ilə əlaqə saxlamaq üçün kifayət qədər vaxt veriləcək və yay satışları bir həftə uzadılacaq.

Qeyd edək ki, iyunun 27-də səhər saatlarında polis əməkdaşları Nanterdə yolda yoxlama zamanı 17 yaşlı yeniyetməni güllələyiblər. Bunun ardınca Fransanın bir sıra şəhərində iğtişaşlar başlayıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol