"Zenit"lə oyunda zədələnən Məmmədov xəstəxanaya aparıldı

02:08 - 2 İyul 2023 - GÜNDƏM

“Neftçi” futbol klubunun qapıçısı Aqil Məmmədov Rusiyanın “Zenit” klubunun futbolçusu Vladislav Sausla oyun zamanı toqquşduqdan sonra səhhəti pisləşib.

BUTA.TV xəbər verir ki, Məmmədov xüsusi avtomobillə Sankt-Peterburqdakı xəstəxanalardan birinə aparılıb.

Məsələ ilə bağlı danışan "Neftçi"nin məşqçisi İqor Getman Aqil Məmmədovun huşunun yerində olduğunu deyib:

"Aqil Məmmədov özünə gəlib. İndi xəstəxanadadır, tomoqrafiya olacaq. Amma həkimlər ciddi bir şey olmadığını söyləyiblər".

Qeyd edək ki, ötən gün "Neftçi" "Matç TV" turniri çərçivəsində "Zenit"lə qarşılaşıb və Piter təmsilçisi "ağ-qara"ları 3-1 məğlub edib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol