Bu imtahanlarda abituriyentlərin 42,79%-i 200-dən az bal topladı

17:28 - 3 İyul 2023 - GÜNDƏM

 Bu imtahanlarda abituriyentlərin 42,79%-i 200-dən az bal topladı

I–IV qrup üzrə qəbul imtahanlarında abituriyentlərin 42,79%-i 200-dən az bal toplayıb.

BUTA.TV xəbər verir ki, bu barədə 2022-ci il üçün tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanları nəticələrinə dair elmi-statistik materialların əks olunduğu “Abituriyent” jurnalının 12-ci nömrəsində məlumat yer alıb.

Keçən il abituriyentlərin 42.8 faizi imtahandan “2”, 22.0%-i “3”, 25.6%-i “4”, 9.6%-i isə “5” qiymət alıb.

2021-ci ildə bu göstəricilər, uyğun olaraq, 44.3%, 20.3%, 25.5%, 10% olub. Keçən il “2” və “5” qiymət alanların faizi nisbətən azalıb, “3” və “4” qiymət alanların faizi isə nisbətən artıb. Təbii ki, qəbul imtahanlarında iştirak edən abituriyentlərin topladıqları balların paylanması strukturunda və qəbul planında baş verən dəyişikliklər qəbul olan abituriyentlərin ballarının paylanmasında da öz əksini tapıb.

Bu xəbər hal-hazırda çox oxunur
Bəylər Eyyubov yeni vəzifədə

Qəbul olanların topladıqları balların paylanmasından görünür ki, onların 33.8%-ni “3”, 43.8%-ni “4”, 15.8%-ni isə “5” qiymət alanlar təşkil edib. 2021-ci ildə bu göstəricilər, uyğun olaraq, 29.9%, 47.2%, 18.0% olub.

Qəbul (buraxılış) imtahanlarında iştirak edən abituriyentlərin 48.20%-nin topladığı bal 100-dən aşağıdır. Qəbul olan abituriyentlər arasında 30-dan az bal toplayan yoxdur və abituriyentlərin yarıdan çoxu (51.74%) 100-150 bal intervalında nəticə göstərib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol