“Dolları manata çevirməklə bağlı limit olub-olmadığını bilmirəm, çünki hələ indiyə qədər bu barədə heç kim şikayət etməyib.
Dolların alışına limit qoyulması isə əslində qanunsuzdur.
Heç bir qanunda bununla bağlı nəsə yoxdur. Belə bir limitin olduğunu heç bir dövlət orqanı indiyə kimi bəyan etməyib, boynuna da almır. Banklar deyirlər ki, “biz etmişik”. Guya banklar birləşiblər, dollar alışına limit qoyurlar, Banklar Assosiasiyasında bu məsələ idarə olunur. Əlbəttə, bu, bank sirrinin pozulmasıdır. Çünki hansısa bir sistem var, o sistemə bütün məlumatlarımız gedir, guya buna Banklar Assosiasiyası nəzarət edir. Təbii ki, Assosiasiya kimin hansı bankdan nə qədər xarici valyuta aldığını görür. Bu sistem vasitəsilə bütün banklar da hər kəsin il ərzində nə qədər dollar aldığını görə bilirlər. Bu isə bank sirrimizin pozulmasıdır. İcazəmiz olmadan bunu edirlər”.Bu sözləri bank üzrə ekspert Əkrəm Həsənovdeyib.
“Aydın məsələdir, bunu ona görə edirlər ki, insanların xarici valyuta almasını məhdudlaşdırsınlar, onları qorxutsunlar. Tutaq ki, mən 20 min manatdan çox pulu dollarla dəyişmək istəyirəm. Məndən soruşurlar ki, bu pul haradandır? Cavabında min dənə şey deyə bilərəm: “yığdığım puldur”, “babamdan-nənəmdən qalıb”, vəssalam. Azərbaycanda heç dövlət məmularına dair gəlir və xərc bəyannaməsi tələbi yoxdur. Buna görə də banka istədiyim şeyi deyə bilərəm. Bunu onsuz da onlar yoxlaya bilməyəcəklər. Çünki qanunvericilik bazamız belədir. 2005-ci ildə qanunlar qəbul olunub, Beynəlxalq Konvensiyaya qoşulmuşuq ki, məmurlar öz gəlirlərini bəyan edəcəklər. Amma bunun da icra mexanizmi indiyədək yoxdur. Bu səbəbdən adi vətəndaşdan da reallıqda bəyan sənədini istəyə bilmirlər. Güman edirəm, xarici valyutanı manata çevirəndə problem yoxdur. Əlbəttə ki, bu limiti əslində dövlət tətbiq edir. Sadəcə, adını qoyurlar ki, “banklar edir”. Məqsəd isə insanların xarici valyuta alışının qarşısını almaqdır. Çünki siz banka əmanət qoyanda, nədənsə sizdən heç kim soruşmur ki, səndə bu qədər pul haradandır? Siz həmin pulla daşınmaz əmlak, avtomobil alanda heç kim sizdən soruşmur ki, haradandır? Nədənsə, dollar alanda soruşurlar...”, - ekspert bildirib.
- Ərdoğan Azərbaycanla bağlı Putinə nə deyib?
- Bayden də təbrik etdi: bəs, COP29-dan biz nə qazandıq?
- Türkiyə Bakıya böhtan atan jurnalisti qovdu
- Bayden Ukrayna ilə bağlı daha bir sensasion qərara hazırlaşır
- Kopırkindən sülhlə bağlı mühüm açıqlama: Moskva istəyir ki...
- Azərbaycana “petrostate” deyənlər, 2026-dən yeni ixrac olacaq
- ABŞ-dan “sürpriz”: Ərdoğan Putinə zəng etdi - Nə baş verir?
- Ermənilər azərbaycanlıların qəbiristanlığını dağıtdı - Video