Təəssüf ki, yanvar ayında Azərbaycanın Tehrandakı səfirliyinə hücum baş verdi. Bu gözlənilməz və acı bir hadisə idi. Ölkəmizin məhkəmə, siyasi və təhlükəsizlik orqanları da bu hücumun əsas səbəbkarları və ya hücumda əli olan digər şəxslərə qarşı qəti və qanuni şəkildə reaksiya verilməli olduğunu vurğulayırlar.
BUTA.TV xəbər verir ki, bu sözləri İranın Məhkəmə və Ədliyyə sisteminin sözçüsü Məsud Setayişi keçirdiyi mətbuat konfransında deyib.
“Geniş araşdırmalarla işin müxtəlif tərəfləri aydınlaşdırılmalı və Azərbaycan hökumətinin də əməkdaşlığı ilə hökm çıxarılmalıdır. Hələ də prosesdə eyni müttəhim var”, - o bildirib.
Qeyd edək ki, 27 yanvar 2023-cü ildə Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumu baş verib və səfirliyin təhlükəsizlik əməkdaşı qətlə yetirilib. İran terror hücumunu məişət səviyyəsində təqdim etməyə cəhd göstərərək, 5 aydır ki, yalançı araşdırma ilə əsl günahkarları gizlətməklə məşğuldur.
- Ermənistan əvvəllər bizim deyildi... - Paşinyan
- ABŞ səfirliyi "Qarabağ"ı təbrik etdi
- Azərbaycan infrastrukturundan istifadə etmək... - Paşinyan
- 95%-lə qələbə: Trampa qarşı “mavi sunami” olacaq!
- Bəlkə də yaxın 10-20 ildə bir də bu tarixi yaşamayacağıq…
- Britaniya səfirindən "Qarabağ"la bağlı paylaşım: Qürurvericidir
- AB və Azərbaycan arasında mühüm müzakirə
- Bakı bu ölkənin vətəndaşları üçün vizasız rejim təklif etdi