Rusiya hərbçiləri aylarla səngər qazıb, bunkerlər düzəldiblər, ona görə də Ukraynanın əks-hücumu yavaş gedir.
BUTA.TV xəbər verir ki, bu barədə “Uoll Strit Jurnal” bildirib.
Məqalə müəllifləri bildiriblər ki, ötən il canlı qüvvə, silah və kifayət qədər hava dəstəyinin olmamasına baxmayaraq, bacarıqlı manevrlər sayəsində Ukrayna Rusiya ordusu üzərində üstünlük əldə edə bildi:
“Bacarıqlı komandanlıq, relyefi yaxşı bilmək, PUA-lardan və rəqəmsal texnologiyalardan səmərəli istifadə Ukrayna hərbçilərinə yöndəmsiz görünən və bürokratiya bataqlığında batan və görüntü olaraq daha yaxşı təchiz edilmiş ordunu qovmağa imkan verdi. Amma bunun da sonu gəlib çatdı. İndi Ukrayna öz ərazisində kök salmış düşmən mövqelərini sıxışdırıb çıxarmağa çalışır ki, bu da ən çətin hərbi əməliyyatlardan biri hesab olunur. Rusiya ordusu aylarla müdafiə strukturları, o cümlədən bunkerlər, tank əleyhinə maneələr və mina sahələri inşa edib”.
- Rusiyada azərbaycanlılara qarşı zorakılıq – Rəhimov çağırış etdi
- Bu qətllə Bakıya bu ismarış göndərildi - Deputat
- Rusiyada azərbaycanlıların məhkəməsi başladı
- Kremlin “izahatı” qəbul edilmədi, Bakı səfəri ləğv etdi...
- Markovdan Yekaterinburqdakı hadisəyə reaksiya: Dəhşətdir
- Aleksey Overçukun Azərbaycana səfəri ləğv edildi
- Seyfəddin Hüseynli Rusiyadakı qardaşlarının qətlindən danışdı
- Azərbaycan Pakistana başsağlığı verdi