Zelenski Belarusla sərhəddə iclas keçirdi

17:14 - 9 İyul 2023 - GÜNDƏM

 Zelenski Belarusla sərhəddə iclas keçirdi

Ukrayna Prezidenti Vladimir Zelenski Lutsk şəhərinin Lyubart qəsrində Volında təhlükəsizlik və sosial vəziyyətlə bağlı koordinasiya iclası keçirib.

BUTA.TV xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisindən məlumat verilib.

Məlumata görə, iclasda Belarusla sərhəddə vəziyyət müzakirə olunub.

Ukraynanın müdafiə və təhlükəsizlik qüvvələrinə sərhədin bütün şimal bölgəsində güclənməsi tapşırığı verilib. Görüş zamanı, həmçinin Volın vilayətində kriminogen və əməliyyat vəziyyəti müzakirə olunub.

Dövlət Sərhəd Xidmətinin rəisi Sergey Deyneko Ukrayna-Belarus dövlət sərhədinin Volın vilayətində mühafizənin gücləndirilməsi tədbirləri haqqında məlumat verib.

Qeyd edək ki, bu gün Ukrayna Prezidenti Vladimir Zelenski Polşa Prezidenti Andjey Duda ilə Lutskda görüşmüşdü.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol