Son iki il yarım ərzində, eləcə də 30 illik işğal zamanı Azərbaycan onlarla, yüzlərlə, hətta minlərlə müxtəlif müraciətlər eşidib.
BUTA.TV xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarovanın Laçın yolu ilə bağlı çağırışına münasibət bildirən xarici işlər naziri Ceyhun Bayramov deyib.
“Əlbəttə, bu çağırışlara eşitmək və analiz etmək vacibdir. Biz bunu edirik, adekvat cavablar veririk. Hesab edirəm ki, zaman göstərdi ki, məsələləri düzgün istiqamətdə inkişaf etdirmək və həll etmək üçün Azərbaycan tərəfi sistemli tədbirlər görməlidir və görür. Azərbaycan dövlətinin məsələlərin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun həllinə öz baxışı var. Biz öz siyasətimizi kiminsə çağırışlarını rəhbər tutaraq deyil, milli maraqlarımıza əsaslanaraq aparırıq. Əminik ki, bu siyasət müsbət nəticələr verəcək”, - deyə Bayramov bildirib.
- Aleksey Overçukun Azərbaycana səfəri ləğv edildi
- Seyfəddin Hüseynli Rusiyadakı qardaşlarının qətlindən danışdı
- Azərbaycan Pakistana başsağlığı verdi
- Azərbaycanlılara hücum: Bakıya lazımi məlumat verilib - XİN
- Səbinə Əliyeva Rusiya Ombudsmanına məktub ünvanladı
- Bizi Ukrayna müharibəsinə göndərmək istəyirdilər...
- Azərbaycanlılara hücumun pərdəarxası: Kremlin planı nədir?
- Məni bir otaqda, atamı isə o biri otaqda döyürdülər... - Video