Ağcabədidə toyda 34 nəfər zəhərləndi

09:38 - 10 İyul 2023 - GÜNDƏM

 Ağcabədidə toyda 34 nəfər zəhərləndi

Ağcabədidə toy mərasimində 34 nəfər zəhərlənib.

BUTA.TV xəbər verir ki, hadisə iyulun 9-da rayonun Rəncbərlər kəndi ərazisində qeydə alınıb.

Belə ki, toy mərasimində iştirak edən 34 nəfər zəhərlənmə diaqnozu ilə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Onlardan 33 nəfərə ambulator ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb. 2007-ci il təvəllüdlü R.Əliyevanın müalicəsi isə davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol