Primorsk diyarından, Kamçatkadan və Saxalindən səfərbər edilmiş rusların qohumları Rusiya Müdafiə Nazirliyi, eləcə də rayon rəhbərlərinə şikayət ərizəsi ilə müraciət ediblər. Ərizədə bildirilir ki, onların qohumları, yəni 60-cı əlahiddə motoatıcı briqadanın hərbçiləri ön cəbhədə döyüşməkdən imtina etdiklərinə görə əvvəlcə bir neçə gün yeməksiz və susuz həbsdə saxlanılıb, sonra isə naməlum istiqamətə aparılıblar.
BUTA.TV xəbər verir ki, bu barədə “Sibir.Realii” məlumat yayıb.
Məlumata görə, hazırda onlarla əlaqə yoxdur. Sübut kimi əsgərlərin yaxınları zirzəmidə bir neçə nəfərin olduğu video yayıblar. Şikayətçilər iddia edirlər ki, komandanlıq səfərbər olunanları “geri dönməyəcəkləri bir hücum”a apardacağını vəd edib. Hərbçilərin yaxınlarının sözlərinə görə, əsgərlər hərbi hissədə olduqları on ay ərzində lazımi hazırlıq keçməyiblər.
- 4 ilə bu qədər dəyişdi - Fotolar
- Prezident Qarabağ küçəsində həyata keçirilmiş işlərlə tanış oldu
- Naxçıvan-Sədərək magistralında maşın yandı - Foto
- İlham Əliyev "Sadıqcanın evi"nin açılışında iştirak etdi
- Narkotikin təsiri altında maşın sürən şəxs sürücü saxlanıldı
- BTQ bu institutla memorandum imzalandı - Foto
- Kiçik Qaladərəsi və uşaqları... - Səmimi fotolar
- Bakının 3 əsas küçəsində hərəkət tam məhdudlaşdırılır