Raquf Orucov Ağdamda anıldı - Foto

12:42 - 10 İyul 2023 - GÜNDƏM

 Raquf Orucov Ağdamda anıldı - Foto

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə Ağdam rayonunun işğaldan azad olunmuş Şahbulaq qalası qarşısında şəhid polkovnik-leytenant Raquf Orucovun anım tədbiri keçirilib.

BUTA.TV xəbər verir ki, tədbirdə hərbçilər,şəhidin döyüş yoldaşları,ictimaiyyət nümayəndələri,şəhid ailələri və KİV nümayəndələri iştirak edib.

Şəhid Raquf Orucovun komandirlik etdiyi hərbi hissənin kəşfiyyatçıları öz bacarıqlarını nümayiş etdiriblər.Tədirdə çıxış edən döyüş yoldaşları şəhid komandirlə bağlı xatirələrindən söz açaraq,əsgərlərə Vətəni əmanət edən zabitlərin nümunə qəhrəmanlıq örnəyi olduğunu bilrdiriblər.

Tədbir Ağdam Musiqi Kollecinin yetirmələrinin bədii-musiqili kompozisiyası ilə yekunlaşmışdır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol