Ərdoğanla Baydenin görüşünün vaxtı və gündəliyi açıqlandı

18:24 - 10 İyul 2023 - GÜNDƏM

 Ərdoğanla Baydenin görüşünün vaxtı və gündəliyi açıqlandı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla amerikalı həmkarı Co Baydenin görüşünün vaxtı bəlli olub.

BUTA.TV xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Bildirilib ki, iki ölkə lideri iyulun 11-də yerli vaxtla saat 18:00-da görüşəcək.

Liderlərin ikitərəfli əlaqələrlə yanaşı, NATO-nun genişlənməsini və Ukraynadakı müharibəni müzakirə edəcəkləri gözlənilir.

Qeyd edək ki, liderlər NATO-nun Vilnüsdə keçiriləcək sammiti çərçivəsində bir araya gələcəklər.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol