Azərbaycanda səfərdə olan Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Pietro Parolin bu gün Azərbaycanın mədəniyyət naziri Adil Kərimli ilə görüşüb.
Bu barədə Kult.az-a Mədəniyyət Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Qeyd olunub ki, görüşdə Azərbaycan və Müqəddəs Taxt-Tac arasındakı mövcud əlaqələr, mədəniyyət sahəsindəki layihələr, o cümlədən muzeylər və kitabxanalar arasındakı əməkdaşlıq məsələləri müzakirə edilib.
Görüş zamanı Müqəddəs Taxt-Tacın dövlət katibi 2023-cü ildə Bakıda keçiriləcək Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna dəvət olunub.
- Azərbaycan Pakistana başsağlığı verdi
- Azərbaycanlılara hücum: Bakıya lazımi məlumat verilib - XİN
- Səbinə Əliyeva Rusiya Ombudsmanına məktub ünvanladı
- Bizi Ukrayna müharibəsinə göndərmək istəyirdilər...
- Azərbaycanlılara hücumun pərdəarxası: Kremlin planı nədir?
- Məni bir otaqda, atamı isə o biri otaqda döyürdülər... - Video
- Öldürülənlərin cənazəsi nə vaxt Azərbaycana yola salınacaq?
- Bu qətliam Rusiyanın məqsədyönlü siyasətidir – Professor