Deputat Etibar Əliyev Təhsil Nazirliyi yanında İctimai Şura üzvlüyündən istefa verib.
BUTA.TV xəbər verir ki, bu barədə deputat özü açıqlama yayıb.
O bildirib ki, bu gün Elm və Təhsil Nazirliyinin yanında İctimai Şuranın iclası keçirildi:
“İclasdan bir gün əvvəl elm və təhsil naziri Emin Əmrullayevlə şəxsi Vatsap yazışmamın nazirliyə yaxın sosial şəbəkə hesablarında paylaşımları məsələsinin də müzakirəsinin gündəliyə salınmasını təklif etmişdim. Nazir tərəfindən şəxsi yazışmanın ictimailəşdirəlməsini mənəvi, etik, əxlaqi və hüquqi prinsiplərə zidd hesab edirəm. Bu, həm də Azərbaycan Respublikasının Konstitusiyasının 32-ci maddəsinə, şəxsi həyatın toxunulmazlığı prinsipinə ziddir. İclasda dəfələrə etdiyim təkidlərə baxmayaraq, məsələ gündəliyə salınmadı. İctimai Şura üzvləri mənim bu təklifimi kənara qoyub nazirin söylədiyi “yaşı 25-dən yuxarı gənc olmayan adamların 60 faizi oxuduğu mətndə əsas fikri başa düşmür” fikrinə münasibətimi pislədilər və ifrat dərəcədə nazirin müdafiəsinə qalxdılar. Şura üzvlərinin bu hərəkəti “İctimai iştirakçılıq haqqında qanun”un fəlsəfəsinə ziddir.
Mənim təkliflərimindən biri də nazirin iclasda iştirakının təmin olunması idi. Bu təklifə ümumiyyətlə münasibət bildirilmədi. Bugünki müzakirə bir daha göstərdi ki, İctimai Şura yalnız bir adamın (Emin Əmrullayevin) təsiri altındadır və onun müdafiəsi ilə məşğul olur. Şura üzvlərinin nazir tərəfindən təlimatlandırılması isə açıq şəkildə görünürdü. Bir məsələni də qeyd edim ki, E.Əmrullayev elm və təhsillə bağlı prinsipial məsələlərin heç birində Şura ilə məsləhətləşmə aparmayıb.
Bütün bunları əsas götürüb, Elm və Təhsil Nazirliyinin yanında İctimai Şurada fəaliyyətimi qeyri - mümkün hesab edirəm və Şura üzvündən istefa verirəm”.
Qeyd edək ki, millət vəkili nazirlə şəxsi yazışmalarının ictimailəşməsindən niyə narahat olduğuna aydınlıq gətirməyib.
- Güclü külək əsəcək – Xəbərdarlıq
- İlham Əliyev Şuşada "Yasəmən" otelinin yeni korpusları ilə tanış oldu
- 4 ilə bu qədər dəyişdi - Fotolar
- Prezident Qarabağ küçəsində həyata keçirilmiş işlərlə tanış oldu
- Naxçıvan-Sədərək magistralında maşın yandı - Foto
- İlham Əliyev "Sadıqcanın evi"nin açılışında iştirak etdi
- Narkotikin təsiri altında maşın sürən şəxs sürücü saxlanıldı
- BTQ bu institutla memorandum imzalandı - Foto