ABŞ İrəvan və Bakı arasında növbəti aylarda danışıqların davam etdirilməsini səbirsizliklə gözləyir.
Axar.a xəbər verir ki, bu sözləri ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bu gün keçirdiyi brifinqdə deyib.
“Biz hələ də razılığın mümkün olduğuna inanırıq və yaxın aylarda gələcək danışıqları səbirsizliklə gözləyirik”, - o vurğulayıb.
Qeyd edək ki, iyunun 27-29-da ABŞ-da Azərbaycan və Ermənistan XİN rəhbərləri ikitərəfli danışıqlar aparıb. Onlar Vaşinqtonda ABŞ Dövlət katibi Entoni Blinken və ABŞ milli təhlükəsizlik müşaviri Ceyk Sallivanla görüşüblər.
- Güclü külək əsəcək – Xəbərdarlıq
- İlham Əliyev Şuşada "Yasəmən" otelinin yeni korpusları ilə tanış oldu
- 4 ilə bu qədər dəyişdi - Fotolar
- Prezident Qarabağ küçəsində həyata keçirilmiş işlərlə tanış oldu
- Naxçıvan-Sədərək magistralında maşın yandı - Foto
- İlham Əliyev "Sadıqcanın evi"nin açılışında iştirak etdi
- Narkotikin təsiri altında maşın sürən şəxs sürücü saxlanıldı
- BTQ bu institutla memorandum imzalandı - Foto