İsmayıllıda avtomobil aşıb, ölən və yaralananlar var.
BUTA.TV Report-a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında İsmayıllı-Ruşan yolunda qeydə alınıb.
Belə ki, 31-BB-410 dövlət nömrə nişanlı VAZ-2103 markalı minik avtomobilinin hərəkətdə olarkən təkərinin partlaması nəticəsində sürücü idarəetməni itirib və nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb.
Hadisə zamanı rayonun Kürdmaşı kənd sakini, 1987-ci il təvəllüdlü Samir Yusif oğlu Babayev ölüb, 1982-ci il təvəllüdlü Variz Cahid oğlu Ağayev və 1987-ci il təvəllüdlü Tərlan İmran oğlu Həsənov xəsarət alıb.
Yaralılar İsmayıllı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsində cinayət işi başlanılıb.
- AYB-dən öldürülən azərbaycanlılarla bağlı Rusiyaya müraciət
- İran əsilli xarici vətəndaşlar Azərbaycana təxliyə edildi
- Novosibirsk bazarında həbs olunan azərbaycanlılar - Video
- İran səfirinin iddialarını rədd edirik - XİN
- Yekaterinqburq hadisəsinin detalları açıqlandı
- Azərbaycanlılara hücum: Rusiyanın iki qurumu məlumat yaydı
- Rəsmi Bakıdan Rusiyaya tələb: azərbaycanlıların qətli...
- Bakıda kişi lyuka düşdü: İki gündür tapılmır - Video