Litvanın paytaxtı Vilnüs şəhərində NATO-nun sammiti başlayıb.
BUTA.TV xəbər verir ki, NATO dövlətlərinin liderləri Şimali Atlantika Alyansının qarşısında duran ən aktual vəzifələri həll etmək üçün bir araya gəlib.
NATO-nun Baş katibi Yens Stoltenberqin sözlərinə görə, bu sammit müzakirə olunacaq bir çox məsələlərlə bağlı tarixi toplantıdır. Bura İsveçin alyansa üzvlüyü, Ukraynaya dəstək, üzv ölkələrin müdafiə öhdəliyinin artırılması kimi məsələlər daxildir.
“Sammitdə Ukraynaya gələcək dəstək barədə də qərarlar qəbul ediləcək, biz ona əlavə hərbi dəstək göstərməyi öhdəmizə götürürük”, - sammiti giriş sözü ilə açan Y.Stoltenberq deyib.
- İlham Əliyev Quzeyxırman kəndində oldu
- Heyvanlarla bağlı yeni tələblər daxili daşımalara şamil edilir?
- Güclü külək əsəcək – Xəbərdarlıq
- İlham Əliyev Şuşada "Yasəmən" otelinin yeni korpusları ilə tanış oldu
- 4 ilə bu qədər dəyişdi - Fotolar
- Prezident Qarabağ küçəsində həyata keçirilmiş işlərlə tanış oldu
- Naxçıvan-Sədərək magistralında maşın yandı - Foto
- İlham Əliyev "Sadıqcanın evi"nin açılışında iştirak etdi